...

Ermənistanda bayram ağır yükə çevrilib

Dünya xəbərləri Materials 3 Yanvar 2018 11:29 (UTC +04:00)
Ermənistanda bir çox ailələr üçün Yeni il bayram olmaqdan çıxıb və ağır yükə çevrilib.
Ermənistanda bayram ağır yükə çevrilib

Bakı. Trend:

Ermənistanda bir çox ailələr üçün Yeni il bayram olmaqdan çıxıb və ağır yükə çevrilib.

Trend Ermənistan KİV-lərinə istinadən məlumat verir ki, ölkədə yoxsulluq səviyyəsi rəsmi statistikaya əsasən 30 faizə çatdığı bir vaxtda bayram alış-verişi, ümumiyyətlə, alış-veriş üçün kredit alınması yeganə çıxış yoluna çevrilir.

Qeyd olunur ki, 2017-ci ilin oktyabrında Ermənistanda vaxtı keçmiş kreditlərin həcmi 73 milyon dollara yaxındır. Bundan başqa, müddəti uzadılmış kreditlərin həcmi 253 milyon dolları ötüb.

Əgər 2015-ci ilin noyabrında vətəndaşlara verilən istehlak kreditlərinin həcmi 860 milyon dollar olmuşdusa, bir il sonra bu rəqəm 885 milyon dollaradək artıb. 2017-ci ilin noyabrında isə istehlak kreditlərinin həcmi 1 milyard dolları ötüb.

Bütün bunların nəticəsidir ki, getdikcə daha çox Ermənistan sakini ödəyə biləcəyindən əmin olmadığı halda borcla yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti