Bakı. Trend:
ABŞ-ın Vaşinqtonun götürdüyü öhdəliklərə zidd olan PYD və YPG ilə əməkdaşlığı Türkiyənin milli təhlükəsizliyini təhdid edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-i bəyan edib.
"Biz bu cür təşəbbüsləri qəbul etmirik. Bu səhv addımı qınayırıq və xatırlatmaq istəyirik ki, Türkiyə bütün növ təhlükələri aradan qaldırmaq hüququnu özündə saxlayır", - deyə XİN əlavə edib.