...

Kolumbiya prezidenti: Trampın bu siyasəti ABŞ-ın özünə ziyan vuracaq

Dünya xəbərləri Materials 24 Yanvar 2018 14:30 (UTC +04:00)
"Bundan daha çox Birləşmiş Ştatların özü ziyan görəcək".
Kolumbiya prezidenti: Trampın bu siyasəti ABŞ-ın özünə ziyan vuracaq

Bakı. Trend:

ABŞ hakimiyyətinin beynəlxalq ticarət sahəsində proteksionizm siyasəti bütün ölkələrə zərər verə bilər, lakin bundan daha çox Birləşmiş Ştatların özü ziyan görəcək.

Trend-in məlumatına görə, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos Davosda Dünya İqtisadi Forumu zamanı CNBC-yə müsahibəsində deyib.

X.M.Santos düzgün və azad ticarətin tərəfdarı olduğunu bildirib: "Proteksionizm hamıya, xüsusilə də Birləşmiş Ştatlara zərər vuracaq. Ümumilikdə isə Kolumbiya ABŞ-la mənfi ticarət balansı olan ölkələrdən deyil, buna görə də özünü təhlükəli vəziyyətdə hiss etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti