Bakı. Trend:
Çexiyada prezident seçkilərinin ikinci turu start götürüb.
Trend-in məlumatına görə, səsvermə birinci turda olduğu kimi iki gün ərzində keçiriləcək.
İlkin nəticələr sabah Bakı vaxtı ilə 21:00-da məlum olacaq.
Qeyd edək ki, seçkilərin birinci turu yanvarın 12-13-də keçirilmişdi. Nəticələrə əsasən hazırkı prezident Miloş Zeman 38,5 faiz, Yirji Draqoş 26,6 faiz səs toplamaqla ilk iki yeri tutaraq ikinci tura qalmışdı.