...

"Be-200" təyyarəsi Yapon dənizində itən gəminin axtarışlarını davam etdirəcək

Dünya xəbərləri Materials 30 Yanvar 2018 04:39 (UTC +04:00)
Rusiya FHN-nin "Be-200" təyyarələri Yapon dənizində itən "Vostok" gəmisinin axtarışlarını davam etdirəcəklər.
"Be-200" təyyarəsi Yapon dənizində itən gəminin axtarışlarını davam etdirəcək

Bakı. Trend:

Rusiya FHN-nin "Be-200" təyyarələri Yapon dənizində itən "Vostok" gəmisinin axtarışlarını davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu TASS-a nazirlikdən bildiriblər.

"Bu FHN-in rəhbərliyinin qərarıdır. Hal-hazırda təyyarələr üçüşa hazırlaşır", deyə nazirlikdən bildirilib.

Daha öncə Vladivostok xilasetmə-koordinasiya mərkəzindən axtarışların dayandırıldığı barədə məluma yaymışdı: "Axtarışların aktiv fazası itən şəxslərin sağ tapılmaq ümidi olmadığından dayandırılıb. Axtarışları o ərazidən keçən gəmilər davam etdirəcək."

"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub, onlardan ikisi azərbaycanlı olub. Onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti