...

Yapon dənizində itən gəminin axtarışlarına iki təyyarə cəlb edilib

Dünya xəbərləri Materials 31 Yanvar 2018 07:01 (UTC +04:00)
Rusiya FHN-i Yapon dənizində itən "Vostok" gəmisinin axtarışlarına daha iki təyyarə cəlb edib
Yapon dənizində itən gəminin axtarışlarına iki təyyarə cəlb edilib

Bakı. Trend:

Rusiya FHN-i Yapon dənizində itən "Vostok" gəmisinin axtarışlarına daha iki təyyarə cəlb edib.

Trend-in məlumatına görə, bunu “RİA-Novosti”yə nazirlikdən bildiriblər.

Be-200 təyyarələrinin axtarışlara yanvarın 31-də başlayacağı bildirilir.

Xatırladaq ki, ötən gün Be-200 təyyarəsi dəniz akvatoriyasının 2376 kvadrat kilometrini təhlil edib.

"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub, onlardan ikisi azərbaycanlı olub. Onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti