...

Rusiyada qar yağdı - Qara rəngdə

Dünya xəbərləri Materials 1 Fevral 2018 15:59 (UTC +04:00)
Rusiyanın Omsk şəhərində qara rəngli qar yağıb
Rusiyada qar yağdı - Qara rəngdə

Bakı. Trend:

Rusiyanın Omsk şəhərində qara rəngli qar yağıb.

Trend-in məlumatına görə, bu barədə şəhər sakinlərinin sosial şəbəkələrdə yerləşdirdiyi şəkillərdən məlum olub.

Omsk vilayətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu hadisənin sənaye müəssisələrinin faəliyyəti nəticəsində yaranan kimyəvi tullantılarla bağlı olduğunu bildirib. Bununla əlaqədar olaraq müəssisələrə xəbərdarlıq edilib.

Qeyd edək ki, bir müddət əvvəl Sankt-Peterburq şəhərində göy rəngdə qar yağmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti