...

Türkiyədə casus şəbəkəsi ifşa olunub

Dünya xəbərləri Materials 7 Fevral 2018 18:22 (UTC +04:00)
Türkiyənin Suriya ilə sərhəddəki Şanlıurfa vilayətində Afrində terrorçulara məlumat ötürən casus şəbəkəsi ifşa olunub
Türkiyədə casus şəbəkəsi ifşa olunub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Suriya ilə sərhəddəki Şanlıurfa vilayətində Afrində terrorçulara məlumat ötürən casus şəbəkəsi ifşa olunub.

Trend-in məlumatına görə, həyata keçirilən əməliyyat nəticəsində 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin Afrində YPG terrorçuları ilə əlaqə yaratdığı və onlara Türkiyə Silahlı Qüvvələrinin hərəkəti barədə məlumatları ötürdüyü məlum olub. Saxlananların şəxsiyyəti barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti