...

Türk polisi 31 İŞİD üzvünü saxladı

Dünya xəbərləri Materials 10 Fevral 2018 14:22 (UTC +04:00)
Türk polisi İstanbulda İŞİD üzvü olduğundan şübhələndiyi 31 nəfəri hücuma hazırlaşarkən saxlayıb.
Türk polisi 31 İŞİD üzvünü saxladı

Bakı. Trend:

Türk polisi İstanbulda İŞİD üzvü olduğundan şübhələndiyi 31 nəfəri hücuma hazırlaşarkən saxlayıb.

Trend-in məlumatına görə, polis şəhərin 3 rayonunda 6 ünvanda axtarış aparıb. Saxlananların hamısı əcnəbidir.

Qeyd edək ki, türk polisi İŞİD-ə qarşı əməliyyatları keçən ilin sonunda gecə klubunda Yeni İl şənliyinə silahlı basqından sonra artırıb. Basqın zamanı 39 nəfər öldürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti