Bakı. Trend:
İsrailin kəşfiyyatçı təyyarəsi Dəməşqin 40 kilometrliyində yerləşən Əl Kuneytra rayonunda Suriyanın hava məkanına daxil olub.
Trend-in verdiyi xəbərə görə, Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları təyyarəyə atəş açaraq onu ölkə səmasını tərk etməyə məcbur edib.
Xatırladaq ki, fevralın 10-da Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları İsrailin raket hücumunu dəf edib.