...

Rusiyada qatar və benzindaşıyan maşın toqquşub

Dünya xəbərləri Materials 19 Fevral 2018 04:45 (UTC +04:00)
Rusiyanın Kaluqa şəhərində qatar və benzindaşıyan maşın toqquşub
Rusiyada qatar və benzindaşıyan maşın toqquşub

Bakı. Trend:

Rusiyanın Kaluqa şəhərində qatar və benzindaşıyan maşın toqquşub.

Trend-in "İterfaks"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində benzindaşıyan maşının sürücüsü xəsarət alıb. Qəza Perpektivnaya stansiyasında baş verib.

İlkin məlumata əsasən, benzindaşıyan maşının sürücüsü işıqforun qadağanedici siqnalında dəmiryol keçidinin üzərinə çıxıb.

Qəza zamanı qatarda 40 sərnişinin olduğu bildirilir. Faktla bağlı yoxlama aparılır.

Xəbər lenti

Xəbər lenti