...

İndoneziya təhlükə ilə üz-üzə - "Sinabunq" püskürdü

Dünya xəbərləri Materials 19 Fevral 2018 17:17 (UTC +04:00)
İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürüb
İndoneziya təhlükə ilə üz-üzə - "Sinabunq" püskürdü

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında "Sinabunq" vulkanı püskürüb.

Trend-in məlumatına görə, vulkan beş kilometr hündürlüyədək kül sovurub.

Qeyd olunur ki, vulkan Medan şəhərinin hava limanının yaxınlığında yerləşir.

Vulkandan sovrulan kül kütləsi hava limanına çatmasa da, aviasiya üçün qırmızı təhlükə səviyyəsi elan olunub.

Qeyd edək ki, "Sinabunq" vulkanının hündürlüyü 2460 metr təşkil edir. Vulkan 400 illik fasilədən sonra 2010-cu ildən püskürməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti