Bakı. Trend:
Yaponiyanın şərq sahilində 5,7 bal gücündə zəlzələ olub.
Trend-in ölkənin seysmoloji xidmətinə istinadən verdiyi məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla bazar ertəsi günü 01:28-də qeydə alınıb. Zəlzələ Minamisoma şəhərindən 73 km şərqdə baş verib.
Təbii fəlakətin ocağı 40 km dərinlikdə yerləşib. Sumani təhlükəsi elan olunmayıb, dağıntı və təlafat barədə məlumat daxil olmayıb.