...

Papua-Yeni Qvineya yenə "silkələnir" - 6,4 bal, 5,2 bal...

Dünya xəbərləri Materials 28 Fevral 2018 09:58 (UTC +04:00)

Bakı. Trend:

Papua-Yeni Qvineyada yenidən güclü təkanlar qeydə alınıb. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti son yeraltı təkanların 5,2 bal gücündə olduğunu bildirib.

Qeyd edək ki, bir neçə saat öncə isə yenə burada 6,4 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, təkanlar ölkənin mərkəzi hissəsində yerləşən Tari şəhərindən 59 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu günlərdə Papua-Yeni Qvineyada 7,5 bal gücündə güclü zəlzələ baş vermişdi. Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti