Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri bu həftənin sonunda Afrində şəhər şəraitində ilk hərbi əməliyyatlara başlayacaq.
Trend-in məlumatına görə, yanvarın 20-də başlamış “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin ətrafında 420 kvadrat kilometrlik ərazi azad edilib.
Qeyd olunur ki, qoşunlar Afrinin şimal-qərbində və cənub-qərbində strateji vacib Raco və Cinderes yaşayış məntəqələrinə yaxınlaşıb. Yaxın günlərdə bu istiqamətlər əməliyyatlara start veriləcək.
Məlumatda qeyd olunur ki, sakinlərin 80 faizi həmin məntəqələri tərk edib ki, bu da qoşunların irəliləməsini daha da rahatlaşdıracaq.