...

Ədliyyə naziri istefaya getdi

Dünya xəbərləri Materials 6 Mart 2018 13:59 (UTC +04:00)
Litvanın ədliyyə naziri Milda Vaynyute ölkənin baş naziri Saulyus Skvernyalislə görüşündən sonra istefa verdiyini açıqlayıb.
Ədliyyə naziri istefaya getdi

Bakı. Trend:

Litvanın ədliyyə naziri Milda Vaynyute ölkənin baş naziri Saulyus Skvernyalislə görüşündən sonra istefa verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, ədliyyə naziri bu qərarı heç bir təzyiq görmədən qəbul etdiyini vurğulayıb.

Qeyd olunur ki, istefaya səbəb M.Vaynyutenin adının korrupsiya qalmaqalında hallanması səbəb olub. Bir müddət əvvəl Ədliyyə Nazirliyinin daxili audit departamenti maliyyə yoxlamasının keçirilməsi üçün maneələr törədildiyini bildirmişdi.

Litva Prezidenti Dalya Qribauskayte M.Vaynyutenin Ədliyyə Nazirliyindəki proseslərə nəzarət edə bilmədiyini bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti