...

İranda Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb: 11 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 11 Mart 2018 22:03 (UTC +04:00)
İranın qərbində Türkiyənin "Basharan Holding" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb
İranda Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb: 11 ölü (YENİLƏNİB)

Bakı. Trend:

İranın qərbində Türkiyənin "Basharan Holding" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 11 nəfər həlak olub. Onlardan 3-ü heyət üzvü, 8-i isə sərnişin olub.

XXX

20:11

İranın qərbində Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə İSNA agentliyi İran Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadla məlumart yayıb.

Daha öncə təyyarənin şəxsi olduğu bildirilib.

Məlumata əsasən, hava gəmisi Şərca – İstanbul marşrutu ilə hərəkət edirmiş. Qəza Çıxarməhəl və Bəxtiyariyyə əyalətində baş verib. Yerə çırpıldıqdan sonra təyyarənin alışdığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti