...

Ərdoğan: Türkiyə qoşunlarını Suriyadan çıxarmayacaq

Dünya xəbərləri Materials 15 Mart 2018 17:16 (UTC +04:00)
Türkiyə məqsədlərinə nail olmayana qədər Suriyadan qoşunlarını çıxarmayacaq.
Ərdoğan: Türkiyə qoşunlarını Suriyadan çıxarmayacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə məqsədlərinə nail olmayana qədər Suriyadan qoşunlarını çıxarmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, heç bir ölkə Türkiyədən "Zeytun budağı" əməliyyatını saxlamağı tələb edə bilməz.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyada terrorçuların bütün planlarını alt-üst etdi.

Daha sonra Türkiyə prezidenti əlavə edib: ""Zeytun budağı" hərbi əməliyyatı çox qısa zamanda yekunlaşacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti