...

Ermənistan kəndlərində vəziyyət getdikcə ağırlaşır

Dünya xəbərləri Materials 19 Mart 2018 20:14 (UTC +04:00)
Ermənistanda kənd yerlərində yoxsulluq dərinləşir.
Ermənistan kəndlərində vəziyyət getdikcə ağırlaşır

Bakı. Trend:

Ermənistanda kənd yerlərində yoxsulluq dərinləşir.

Trend-in məlumatına görə, bunu "Fermer irsi" icitmai təşkilatının rəhbəri Sargis Sedrakyan deyib.

O qeyd edib ki, uzun illər ərzində kənd təsərrüfatı siyasətinin düzgün aparılmaması kəndlilərin torpağı atmasına və miqrasiya etməsinə səbəb olub. Ermənistan kəndləri boşalır, sakinləri qocalır, vəziyyət get-gedə ağırlaşır".

Aqrar texnikanın köhnə və xarab olduğunu bildirən S.Sedrakyanın sözlərinə görə, maliyyələşdirmə və sadalanan problemlərin həlli ilə bağlı aparılan danışıqların da real əsasları yoxdur:

"Xaricdən müxtəlif təşkilatlardan Ermənistana kifayət qədər vəsait daxil olur. Məsələn, ötən 3 il ərzində 130 milyon dollar kredit və 60 milyon dollar qrant daxil olub, lakin fermerlər bu vəsaitdən heç nə almayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti