Bakı. Trend:
Türkiyə Kabildə törədilən terror aktını qınayır.
Trend-in məlumatına görə, bu barədə ölkənin XİN-in bəyanatında bildirilir.
"Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktını qınayırıq. Əfqan hökuməti və xalqına baş sağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə XİN bildirib.
Son məlumata əsasən, terror aktı nəticəsində 32 nəfər ölüb, 52 nəfər isə yaralanıb.
Partlayış Kabil Universitetinin yaxınlığında insanların Novruz bayramını qeyd etdiyi zaman törədilib.