...

Gürcüstan da geri qalmadı - Rusiya diplomatını ölkədən çıxardı

Dünya xəbərləri Materials 29 Mart 2018 14:19 (UTC +04:00)
Gürcüstan bir Rusiya diplomatını ölkə ərazisindən çıxarıb
Gürcüstan da geri qalmadı - Rusiya diplomatını ölkədən çıxardı

Bakı. Trend:

Gürcüstan bir Rusiya diplomatını ölkə ərazisindən çıxarıb.

Trend-in məlumatına görə, bu addım Böyük Britaniyaya və digər Avropa ölkələrinə həmrəylik olaraq atılıb.

Ölkədən çıxarılan diplomatın kimliyi barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən gün Monteneqro 1, Ukrayna isə 13 rusiyalı diplomatı ölkədən çıxarmaqla Böyük Britaniyaya və digər Avropa ölkələri ilə həmrəyliklərini nümayiş etdirmişdilər.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

Xəbər lenti

Xəbər lenti