...

Rusiyadan cavab: ölkədən 60 diplomat çıxarılır

Dünya xəbərləri Materials 29 Mart 2018 22:54 (UTC +04:00)
Rusiya ölkədən 60 xarici diplomatı çıxarır, onlar ölkə ərazisini aprelin 5-ə qədər tərk etməlidirlər.
Rusiyadan cavab: ölkədən 60 diplomat çıxarılır

Bakı. Trend:

Rusiya ölkədən 60 xarici diplomatı çıxarır, onlar ölkə ərazisini aprelin 5-ə qədər tərk etməlidirlər.

Trend-in məlumatına görə, bu barədə ölkənin XİN-in bəyanatında deyilir.

Bundan başqa, XİN rəhbəri Sergey Lavrovun sözlərinə görə, ABŞ-ın Sankt-Peterburq şəhərindəki baş konsulluğu bağlanılacaq.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti