Bakı. Trend:
İsveçrənin Vale kantonasında qar uçqunu baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər ibarət xizəkçi-turist qupu itkin düşüb. Xilasedicilər itkin düşənlərin axtarışına başlayıblar.
İnsident Fişeralp kurortu yaxınlığında baş verib.
Məlumata əsasən, axtarış əməliyyat hava şəraiti səbəbindən çətinləşir.