...

Şərqi Qutada 30-dan artıq insan terrorçuların əsirliyindən azad edilib

Dünya xəbərləri Materials 1 Aprel 2018 03:15 (UTC +04:00)
Suriyanın Şərqi Quta əyalətində 30-dan artıq insan terrorçuların əsirliyindən azad edilib
Şərqi Qutada 30-dan artıq insan terrorçuların əsirliyindən azad edilib

Bakı. Trend:

Suriyanın Şərqi Quta əyalətində 30-dan artıq insan terrorçuların əsirliyindən azad edilib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.

O bildirib: "Miqyasına görə misilsiz əməliyyatın keçirilməsi zamanı 34 nəfər qanunsuz silahlı birləşmələrin əsirliyindən azad edilib".

Qeyd edək ki, martın 31-i Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin köməyi ilə 8 nəfər terrorçuların əsirliyindən azad edilib. "Humanir pauzalar" başlayandan Şərqi Qutadan ümumilikdə 150 mindən çox insan çıxıb.

Xəbər lenti

Xəbər lenti