...

“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir

Dünya xəbərləri Materials 5 Aprel 2018 05:06 (UTC +04:00)
“YouTube” şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir
“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir

Bakı. Trend:

“YouTube” şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin Twitter hesabında dərc edilmiş bəyanatda deyilir.

“Biz baş vermiş insidenti diqqətlə araşdırırq və bütün dünya üzrə ofislərimizdə təhlükəsizlik tədbirlərini gücləndirəcəyik”,-deyə bəyanatda bildirilir.

Xatırladaq ki, aprelin 3-də "YouTube"un Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən baş ofisi qarşısında atışma baş verib. İnsident nəticəsində 2 qadın və 1 kişi yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti