...

Almaniyada yük maşını insanların üzərinə sürülüb: 3 ölü, 20 yaralı (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 8 Aprel 2018 00:07 (UTC +04:00)
Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb
Almaniyada yük maşını insanların üzərinə sürülüb: 3 ölü, 20 yaralı (YENİLƏNİB-3)

Bakı. Trend:

Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb.

Trend-in məlumatına görə, Şimali Reyn-Vestfaliya federal əyalətinin daxili işlər naziri Xorbert Royl bildirib ki, insident nəticəsində 3 nəfər həlak olub. Onlardan biri intihar edən sürücüsür.

Qeyd edək ki, bu gün Almaniyanın Münster şəhərində yük maşını insanların üzərinə sürülüb. Yük maşının sürücüsü insidentdən sonra intihar edib. İnsident nəticəsində 3 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

XXX

20:52

Almaniyanın Münster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli polis idarəsi bildirib ki, insident nəticəsində 3 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün Almaniyanın Münster şəhərində yük maşını insanların üzərinə sürülüb. Yük maşının sürücüsü insidentdən sonra intihar edib. Hazırda polislər hadisənin terror aktı olub-olmadığını araşdırır.

XXX

19:14

Almaniyanın Münster şəhərində yük maşını insanların üzərinə sürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanların sayı 50 nəfər çatıb.

Yerli polis insidentin terror aktı olub-olmadığını araşdırır.

XXX

18:53

Almaniyanın Münster şəhərində yük maşını insanların üzərinə sürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, azı 30 nəfər yaralanıb.

Şəhər polisi öz "Twitter" hesabında hadisə nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.

İnsidentin terror aktı olub-olmadığı hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti