Bakı. Trend:
Slovakiyanın Spişska-Nova-Ves aerodromu yaxınlığında helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə yerinə gələn həkimlər xəsarət alanlara köməklik edib və onlar xəstəxanaya yerləşdirilib.
Yerli polis hadisənin səbəbini araşdırır.