...

Türkiyə prezidentinin mətbuat katibi: Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı

Dünya xəbərləri Materials 14 Aprel 2018 11:32 (UTC +04:00)
Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı
Türkiyə prezidentinin mətbuat katibi: Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı.

Trend-in məlumatına görə, bunu Suriyaya Qərb koalisiyası tərəfindən endirilən aviazərbələri şərh edən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, hava zərbələrinin hədəfi Suriyada hərbi münaqişənin sona çatdırılmasıdır.

Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.

Zərbələr zamanı 100-dən çox raket buraxılıb. Əməliyyat zamanı 3 nəfərin xəsarət aldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti