Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronla telefon danışıqları keçirib.
Trendin türk mediasına istinadən verdiyi məlumata əsasən, danışıqlar zamanı ABŞ, Böyük Britaniya və Fransanın Suriyayay endirdikləri raket zərbələri müzakirə olunub.
Ərdoğan dinc əhaliyə qarşı həm kimyəvi, həm də adi silahın istifadə olunmasının yolverilməz olduğunu bildirib. O qeyd edib ki, regionda vəziyyətin daha da pisləşməsinə yol vermək olmaz.