Bakı. Trend:
Pekinin Şoudu aeroportunda 97 reys təxirə salınıb.
Trend-in məlumatına görə, bu qərar qeyri-sabit hava şəraiti ilə əlaqədar qəbul edilib.
Belə ki, meteoroloqlar güclü yağış proqnozlaşdırıblar.
Məlumata görə, ləğv edilən reyslərin əksəriyyəti daxili reyslərdir.