...

Torontoda mikroavtobus piyadaların üzərinə sürülüb: 10 ölü, 15 yaralı (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 24 Aprel 2018 04:34 (UTC +04:00)
Kanadanın Toronto şəhərində mikroavtobusun piyadaların üzərinə sürülməsi nəticəsində 10 nəfər həlak olub, 16 nəfər isə yaralanıb
Torontoda mikroavtobus piyadaların üzərinə sürülüb: 10 ölü, 15 yaralı (YENİLƏNİB-3)

Bakı. Trend:

Kanadanın Toronto şəhərində mikroavtobusun piyadaların üzərinə sürülməsi nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı yerli polis rəisi Mark Saunders bildirib.

XXX

01:25

Kanadanın Toronto şəhərində mikroavtobusun piyadaların üzərinə sürülməsi nəticəsində 9 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bunu Toronto şəhər polisinin rəis müavini Piter Yuen bildirib.

P. Yuen deyib: "Hazırda 9 nəfərin öldüyü və 16 nəfərin yaralandığını təsdiq edə bilərik".

XXX

00:32

Kanadanın Toronto şəhərində mikroavtobus piyadaların üzərinə sürülüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Onlardan 5-nin vəziyyəti çox ağır, birinin ağır, digərinin isə orta-ağır kimi qiymətləndirilir.

Toronto polisi mikroavtobusun sürücüsünü saxlayıb.

XXX

23:57

Kanadanın Toronto şəhərində naməlum şəxs mikroavtobusu piyadaların üzərinə sürüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 10 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli polis "Twitter"də bildirib ki, hadisə baş verən rayon mühasirəyə alınıb.

Qeyd edək ki, Torontoda 21-23 aprel "G7" ölkələrinin nazirlərinin görüşü keçirilir.

Xəbər lenti

Xəbər lenti