Bakı. Trend:
ABŞ-ın Dallas şəhərində atışma olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralananlar arasında iki polis əməkdaşı var.
Yerli polis idarəsinin “Tvitter”də yaydığı məlumata əsasən, yaralanan polislərin vəziyyəti kritikdir.
Yaralanan dinc sakinin vəziyyəti haqqında məlumat verilmir.