Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələri Minuteman III ballistik raketini sınaqdan keçirib.
Trend-in verdiyi xəbərə görə, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bu cari ildə həyata keçirilən ilk sınaqdır.
Ballistik raket Kaliforniya ştatının cənubunda yerləşən “Vandenberq” bazasından havaya buraxılıb.