...

ÜST: Havanın çirklənməsi səbəbindən hər il dünyada 7 milyon insan ölür

Dünya xəbərləri Materials 2 May 2018 07:12 (UTC +04:00)
Hər il dünyada havanın çirklənməsindən yaranan xəstəliklərdən 7 milyon insan ölür
ÜST: Havanın çirklənməsi səbəbindən hər il dünyada 7 milyon insan ölür

Bakı. Trend:

Hər il dünyada havanın çirklənməsindən yaranan xəstəliklərdən 7 milyon insan ölür.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı press-relizdə deyilir.

Press-relizdə qeyd edilir ki, çirklənmə səviyyəsi dünyanın bir çox yerlərində təhlükəli yüksək olaraq qalır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, hər 10 nəfərdən 9-u çirkləndiricilərin yüksək səviyyədə olduğu hava ilə nəfəs alır və son qiymətləndirmələrə əsasən, hər il atmosfer havasının və qapalı yerlərin havasının çirklənməsi nəticəsində 7 milyon insan ölür".

Belə ölümlərin 90 faizdən artığı əsasən Asiya və Afrika ölkələrinin payına düşür.

Press-relizdə vurğulanır ki, insanların 40 faizdən çoxu və ya təxminən 3 milyard insan "evdə yemək bişirmək üçün təmiz texnologiyalara" malik deyillər.

Xəbər lenti

Xəbər lenti