Bakı. Trend:
Myanmanın şimalında üsyançıların hücumu nəticəsində azı 19 nəfər ölüb.
Trend-in məlumatına görə, üsyançıların hücumu Çinlə sərhədin yaxınlığında baş verib.
Ölənlər arasında təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı da var.
Qeyd edək ki, Myanmada etnik qruplaşma ilə hökumət qüvvələri arasında münaqişə son aylar daha da gərginləşib.