...

Türkiyənin müxalifət partiyası parlament seçkilərində iştirakdan imtina edib

Dünya xəbərləri Materials 21 May 2018 20:09 (UTC +04:00)
BTP iyunun 24-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.
Türkiyənin müxalifət partiyası parlament seçkilərində iştirakdan imtina edib

Bakı. Trend:

Müxalifətdə olan "Bağımsız Türkiye Partisi" (BTP) iyunun 24-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

Trend-in xəbərinə görə, BTP-nin seçkilərdə iştirakdan imtina etməsinin səbəbləri açıqlanmır.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

BTP-nin bu qərarından sonra parlament seçkilərində 11 partiya iştirak edəcək.

Prezident seçkilərində isə Rəcəb Tayyib Ərdoğan və daha 5 namizəd mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti