...

Meksikada anomal istilik səbəbindən fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 1 İyun 2018 07:00
Meksika hakimiyyət orqanları tərəfindən qeyri adi isti hava şəraiti səbəbindən 31 ştatdan 22-də fövqəladə vəziyyət elan edildi.
Meksikada anomal istilik səbəbindən fövqəladə vəziyyət elan edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Meksika hakimiyyət orqanları tərəfindən qeyri adi isti hava şəraiti səbəbindən 31 ştatdan 22-də fövqəladə vəziyyət elan edildi. Məlumatı Milli mülki müdafiə xidməti yayıb.

Qurumun məlumatına əsasən, fövqəladə vəziyyət 573 bələdiyyədə elan olunub. Onlar Aşağı Kaliforniya, Cənubi Aşağı Kaliforniya, Sonora, Nayarit, Oaxaka, Çiuaua, Koauila, Durango, San Luis potosi, Noevo leon, Tamaulipas, Verakruz, Qerrero, Tabasko, Kampeçe, Kintana Ro, Yukatan, Çyapas, Kolima, Sinaloa, Miçoakan və Puebla ştatlarında yerləşir.

Bu ştatların bəzi yerlərində temperatur 45-50 dərəcəyə çatır.

Çərşənbə günü mayın 30-u, Meksika paytaxtında son 100 ilin ən yüksək temperaturu qeydə alınmışdır. Həmi gün hərarət civə sütunu ilə 31.7 dərəcəyə qədər yüksəldi. 1919-cu ildə bu göstərici 31,2 dərəcə olaraq qeydə alınmışdır. Həkimlər bu şəraitdə yanında daimi içməli su saxlamağı və açıq havada uzun müddət olmamağı məsləhət görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti