Bakı. Trend:
Pakistanın Pəncab əyalətinin Şekxupur dairəsində avtobus qəzası baş verib.
Trend-in məlumatına görə, avtobusun idarəetməni itirərək dərəyə aşması nəticəsində 7 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.
Hadisəyə səbəb kimi sürücünün yüksək sürətlə idarəetməsi göstərilir.
10 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.