Bakı. Trend:
İranın cənubunda 3,5 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar "UTC" vatı ilə saat 14:28-də Şiraz şəhərindən 163 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.