...

Sinqapurda Trampla Kim Çen Inın görüşü ərəfəsində yeni burger

Dünya xəbərləri Materials 8 İyun 2018 19:43 (UTC +04:00)
Sinqapurda ABŞ Prezidenti Donald Trampla Şimali Koreya rəhbəri Kim Çen Inın görüşü ərəfəsində yeni hamburger növü satışa çıxarılıb.
Sinqapurda Trampla Kim Çen Inın görüşü ərəfəsində yeni burger

Bakı. Trend:

Sinqapurda ABŞ Prezidenti Donald Trampla Şimali Koreya rəhbəri Kim Çen Inın görüşü ərəfəsində yeni hamburger növü satışa çıxarılıb.

Trend-in məlumatına görə, yerli restoranların birində müştərilərə “Tramp-Kim” burgeri təqdim olunur.

Bu burger ənənəvi Koreya barbekü ətindən və Amerikanın kəskin sousu ilə hazırlanıb.

Bundan başqa, Sinqapurda “Sammit” adında buzlu çay təqdim olunur.

Qeyd edək ki, Donald Tramp və Kim Çen In arasında görüş Sinqapurda iyunun 12-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti