...

Tramp: Şimali Koreya raketləri məhv edəcək

Dünya xəbərləri Materials 12 İyun 2018 13:23 (UTC +04:00)
Şimali Koreya artıq raket mühərriklərinin sınaqdan keçirildiyi poliqonu məhv edib, daha sonra isə raketləri də məhv edəcək
Tramp: Şimali Koreya raketləri məhv edəcək

Bakı. Trend:

Şimali Koreya artıq raket mühərriklərinin sınaqdan keçirildiyi poliqonu məhv edib, daha sonra isə raketləri də məhv edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib ki, Şimali Koreya rəhbəri Kim Çen In ölkədə iri raket poliqonunun məhv edildiyini onun özünə bildirib:

“Bu, çox böyük işdir. Tezliklə orada sınaqdan keçirilən raketlər məhv ediləcək”.

ABŞ Prezidenti əlavə edib ki, bu məlumat birgə bəyanatda yer almayıb, çünki razılaşma sənəd imzalandıqdan sonra əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti