...

Kabildə terrorçu-kamikadze nazirliyin binasına hücum edib

Dünya xəbərləri Materials 15 İyul 2018 18:54 (UTC +04:00)
Terrorçu-kamikadze Kabildə Əfqanıstanın Kənd Rayonlarının İnkişafı Nazirliyinin darvazansının yanında partlayış törədib.
Kabildə terrorçu-kamikadze nazirliyin binasına hücum edib

Bakı. Trend:

Terrorçu-kamikadze Kabildə Əfqanıstanın Kənd Rayonlarının İnkişafı Nazirliyinin darvazansının yanında partlayış törədib.

Kabil polis idarəsinin məlumatına görə, hadisə nəticəsində 10-a yaxın adam yaralanıb, ölənlər var.

Daxili işlər nazirliyinin mətbuat xidmətinin məlumata görə, partlayış binanın girişində bazar günü günün ikinci yarısında baş verib. Terrorçu-kamikadze o zaman hücuma edib ki, nazirliyin əməkdaşları iş günü başa çatdıqdan sonra binanı tərk edirdilər.

Hələlik reqionda heç bir qruplaşma şəhərdə baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti