...

Əfqanıstanda terrorçu-intiharçı özünü partlatdı - 15 ölü

Dünya xəbərləri Materials 17 İyul 2018 17:22 (UTC +04:00)
Əfqanıstanın şimalında Sari-Pul vilayətində İŞİD terror qruplaşmasının üzvü olan terrorçu-intiharçı partlayış törədib.
Əfqanıstanda terrorçu-intiharçı özünü partlatdı - 15 ölü

Bakı. Trend:

Əfqanıstanın şimalında Sari-Pul vilayətində İŞİD terror qruplaşmasının üzvü olan terrorçu-intiharçı partlayış törədib. Trend-in məlumatına görə, partlayış nəticəsində 15 nəfər həlak olub, daha 3 nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə, partlayış "Taliban" hərəkatı başçılarından biri - Şira Məhəmməd Qəzənfərin dəfn mərasimi zamanı baş verib.

Qeyd edək ki, "Taliban" hərəkatı fəalı Ş.M.Qəzənfər isə bazar ertsəi İŞİD terror qruplaşması üzvləri ilə toqquşmalarda həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti