...

Venger Yaponiyaya gedir?

Dünya xəbərləri Materials 20 İyul 2018 19:11 (UTC +04:00)
Venger Yaponiyaya gedir?
Venger Yaponiyaya gedir?

Bakı. Trend:

İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger Yaponiya yığmasını çalışdıra bilər.

Trend-in məlumatına görə, Yaponiya Futbol Assosiasiyasının rəhbərliyi 68 yaşlı fransız mütəxəssisi yığmanın baş məşqçisi postuna namizəd kimi gözdən keçirir.

"Daily Mail" A.Vengerə uzunmüddətli müqavilə təklif olunacağını yazır.

Xatırladaq ki, bundan əvvəl fransalı məşqçi Yaponiyada çalışıb. O, 1995/96-cı il mövsümündə "Naqoya Qrampus"a İmperator kubokunu və ölkə Superkubokunu qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti