...

Ərdoğan: Türkiyə Yunanıstana kömək etməyə hazırdır

Dünya xəbərləri Materials 24 İyul 2018 13:42 (UTC +04:00)
Türkiyə Yunanıstana kömək etməyə hazırdır.
Ərdoğan: Türkiyə Yunanıstana kömək etməyə hazırdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Yunanıstana ehtiyac yaranacağı təqdirdə, meşə yanğınlarının söndürülməsi üçün kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, Yunanıstan Türkiyənin qonşusudur və Türkiyə xalqı qonşu Yunanıstan xalqına başsağlığı verir.

Qeyd edək ki, iyulun 23-də paytaxt Afina yaxınlığında meşəlik ərazilərdə güclü yanğın başlayıb. Yanğın nəticəsində 50 nəfər ölüb, ən azı 150 nəfər xəsarət alıb.

Attika paytaxt bölgəsində fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti