...

Çində avtomobil piyadaların üzərinə hərəkət edib - 2 ölü, 13 yaralı

Dünya xəbərləri Materials 30 İyul 2018 19:13 (UTC +04:00)
Çinin şərqindəki Çjetszyan əyalətində avtomobil yüksək sürətlə piyadaların üzərinə hərəkət edib
Çində avtomobil piyadaların üzərinə hərəkət edib - 2 ölü, 13 yaralı

Bakı. Trend:

Çinin şərqindəki Çjetszyan əyalətində avtomobil yüksək sürətlə piyadaların üzərinə hərəkət edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub.

Daha 13 nəfər ciddi xəsarətlər alıb.

Polisin məlumatına əsasən, hadisə sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verib.

Sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti