...

Türkiyədə 20 avtomobil toqquşdu, 10 nəfər yaralandı

Dünya xəbərləri Materials 1 Avqust 2018 08:41 (UTC +04:00)
Türkiyənin Konya vilayətində ağır yol qəzası baş verib.
Türkiyədə 20 avtomobil toqquşdu, 10 nəfər yaralandı

Bakı. Trend:

Türkiyənin Konya vilayətində ağır yol qəzası baş verib.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, Konya-Ankara yolunda baş verən qəzada 20 avtomobil toqquşub.

Zəncirvari qəza nəticəsində 10 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti