...

Türkiyədə turist avtobusu minik avtomobili ilə toqquşub: 21 yaralı

Dünya xəbərləri Materials 10 Avqust 2018 02:16 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində turist avtobusu minik avtomobili ilə toqquşub
Türkiyədə turist avtobusu minik avtomobili ilə toqquşub: 21 yaralı

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində turist avtobusu minik avtomobili ilə toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 21 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Məlumata əsasən, xəsarət alanların 19-u avtobusun sərnişini olub, digərləri isə minik avtomobilinin sürücü və sərnişini.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti