...

Denverdə yaşayış evində partlayış baş verib: 10 yaralı

Dünya xəbərləri Materials 15 Avqust 2018 08:29 (UTC +04:00)
ABŞ-ın Denver şəhərində (Kolorado ştatı) yaşayış evində partlayış baş verib
Denverdə yaşayış evində partlayış baş verib: 10 yaralı

Bakı. Trend:

ABŞ-ın Denver şəhərində (Kolorado ştatı) yaşayış evində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə şəhərin yanğından müdafiə xidmətinin rəsmi nümayəndəsi Qreq Piksli bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində azı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib və birinin vəziyyəti ağırdır.

Məlumata əsasən, partlayış qaz sızması nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti