...

"Taliban" Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirib

Dünya xəbərləri Materials 19 Avqust 2018 11:26 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

"Taliban" terror təşkilatının yaraqlıları Əfqanıstanın şimal-qərbində yerləşən Faryab əyalətinin Bilçiraq rayonunu ələ keçiriblər.

Trend-in məlumatına görə, hazırda təqribən 100 əfqan hərbçinin harada olması barədə məlumat yoxdur.

Hücum nəticəsində ən azı Əfqanıstan ordusunun 17 hərbçisi həlak olub, 12 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti